Qusarda iki məktəbli qızı avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda iki məktəbli qızı avtomobil vurub

1news Redaksiyası17:52 - 13 / 01 / 2026
Qusarda iki məktəbli qızı avtomobil vurub

Qusarda 15 və 16 yaşlı məktəbli qızları avtomobil vurub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin qarşısında baş verib.

Xəsarət alan şagirdlər təcili Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara tibbi yardım göstərilib. Məktəblilərin həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər