Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

17:56 - Bu gün
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

Mobil operator avtomobil sahibləri üçün nəzərdə tutulmuş “SMSRadar” xidmətində “Premium” abunəliyi istifadəyə verib.

Yeni abunəlik sürücülərə avtomobillə bağlı daha detallı məlumatlara vahid platforma üzərindən sürətli və rahat çıxış imkanı yaradır.

“SMSRadar Premium” çərçivəsində istifadəçilər avtomobilin qeydiyyat və sığorta məlumatlarını izləyə, cərimələrə və sürücülük vəsiqəsi ilə bağlı mövcud məhdudiyyətlərə nəzarət edə bilirlər. Bununla yanaşı, xidmət çərçivəsində pulsuz sınaq imtahanlarına və “Sual-Cavab” bölməsinə giriş də təmin olunur.

Xidmətə qoşulmaq üçün abunəçilər “P” yazıb 5666 qısa nömrəsinə göndərə bilərlər. Premium abunəliyin aylıq xidmət haqqı 1 AZN təşkil edir.

“SMSRadar” tətbiqi “Google Play Store” və “Apple App Store” mağazalarında əlçatandır.

Reklam hüququnda

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər