Günel Mavliyarova “PAŞA Bank” ASC-nin Marketinq departamentinə direktor təyin edilib
Günel Mavliyarova “PAŞA Bank” ASC-nin Marketinq departamentinə direktor təyin olunub. Sözügedən vəzifə indiyədək vakant olub. Bundan əvvəl bu vəzifədə çalışan Zara İbrahimzadə isə Bankın Baş İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib.
G.Mavliyarova yeni vəzifəsinə qədər “Birbank” ekosistemində marketinq üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Daha əvvəl isə uzun müddət — 2014–2025-ci illər ərzində “Kapital Bank” ASC-də çalışaraq Marketinq üzrə Mükəmməllik Mərkəzinə (Marketing CoE) rəhbərlik edib.
61











