Rəşad Nəbiyev: Rəqəmsal infrastrukturun inkişafı prioritetimizdir
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak edib.
Bu barədə 1news.az-a Nazirlikdən bildirilib.
Görüşdə çıxış edən nazir bildirib ki, regional nəqliyyat dəhlizləri təkcə ticarət yolları deyil, eyni zamanda iqtisadi rifahın, davamlı inkişafın və uzunmüddətli sülhün əsasını təşkil edir.
Rəşad Nəbiyev dəmir yolları, limanlar və avtomobil yolları daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsinin, gömrük prosedurlarının sadələşdirilməsinin və rəqəmsal infrastrukturun inkişaf etdirilməsinin Azərbaycanın prioritetləri olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını təmin etməyi hədəflədiyini vurğulayıb.












