Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı

Qafar Ağayev12:57 - Bu gün
Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər