Cəlilabadda ovçuluq təsərrüfatında yanğın söndürülüb - YENİLƏNİB
Cəlilabad rayonunda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
14:28
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında, quru ot və qamışlıq sahəsində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.
Yanğının səbəbləri araşdırılır.












