İran müharibəsi 4-cü günündə: İsrail Beyrutu bombalayır | 1news.az | Xəbərlər
Dünya

İran müharibəsi 4-cü günündə: İsrail Beyrutu bombalayır

Qafar Ağayev09:53 - Bu gün
İran müharibəsi 4-cü günündə: İsrail Beyrutu bombalayır

ABŞ və İsrailin İranla müharibəsi dördüncü gününə daxil olub.

1news.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında quru əməliyyatının zəruri olacağını düşünmədiyini bildirib.

İsrail Tehran və Beyruta eyni vaxtda zərbələr endirir

İsrail Ordusu Tehran və Beyruta eyni vaxtda hava zərbələri endirdiyini açıqlayıb. ABŞ isə İraq, Bəhreyn və İordaniyada yerləşən zəruri olmayan əməkdaşlarının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Beyrutda “Hizbullah”a məxsus obyekt hədəfə alınıb

İsrail ordusu Livanın paytaxtı Beyrutda “Hizbullah”a bağlı televiziya kanalının binasını vurub. “Hizbullah” isə İsrailin şimalında yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum etdiyini bəyan edib.

Bundan əvvəl İsrail ordusu Livan ərazisindən raket atıldığının qeydə alındığını və ölkənin şimal bölgələrində hava həyəcanı siqnallarının işə düşdüyünü bildirmişdi.

Tramp: Əlavə addımlar mümkündür

Müharibənin dördüncü günündə ABŞ Prezidenti Donald Trampın İranla bağlı Konqresə “müharibə səlahiyyətləri” barədə bildiriş göndərdiyi açıqlanıb. Bildirilib ki, zərurət yaranacağı halda əlavə addımlar atıla bilər.

Tramp ABŞ-nin “sürətli və davamlı” sülhün tərəfdarı olduğunu qeyd etsə də, hazırkı şəraitdə hərbi əməliyyatların müddəti və miqyasının əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmadığını vurğulayıb.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər