SEPAH Netanyahunun ofisinin vurulduğunu açıqladı, İsrail xəbəri təkzib etdi
İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin hədəfə alınması ilə bağlı yayılan məlumat təkzib edilib.
1news.az xəbər verir ki, “The Times of Israel”ə istinadən yaydığı məlumata görə, Benyamin Netanyahunun ofisi SEPAH-ın onun hədəfə alınması və taleyinin naməlum olması barədə iddiasını saxta xəbər adlandırıb.
Bildirilib ki, Baş nazirin ofisinə zərbə endirilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, daha əvvəl SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi İranın bu gün səhər saatlarında İsrail Baş nazirinin ofisinə zərbə endirdiyini açıqlamışdı. Məlumatda həmçinin İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yerin də hədəfə alındığı iddia olunurdu.
SEPAH əməliyyatın detalları barədə məlumatın sonradan açıqlanacağını bildirmişdi.
İsrail tərəfi isə yayılan iddiaları rəsmən təkzib edib.












