“Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO

10:00 - Bu gün
“Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO

Bakıda marşrut avtobusları toqquşub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində metronun “Gənclik” stansiyasının qarşısındakı dayanacaqda baş verib.

133 və M8 saylı marşrut xətlərinə məxsus avtobusların toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər