Gəncədə məhkumun həbsdən öncə gizlətdiyi silah aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə məhkumun həbsdən öncə gizlətdiyi silah aşkar edildi

10:26 - Bu gün
Gəncədə məhkumun həbsdən öncə gizlətdiyi silah aşkar edildi

Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.

1news.az bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd “TT” markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd “F-1” markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər