İsrail Tehranı, İran isə Beer-Şevanı vurur
İsrail və İran arasında qarşılıqlı hücumlar davam edir.
1news.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Tehrana zərbələr endirib. Bildirilib ki, kəşfiyyat məlumatları əsasında paytaxtda “rejim hədəfləri” kimi qiymətləndirilən obyektlər vurulur.
Məlumata görə, eyni vaxtda İran da İsrailə yeni raket hücumuna başlayıb. İsrailin Beer-Şeva bölgəsində raket hücumu ilə bağlı hava həyəcanı siqnalları işə düşüb.
Hazırda tərəflər arasında qarşılıqlı zərbələrin davam etdiyi qeyd olunur.
157












