Ülvi Mehdiyev: Süni intellekt sahəsində koordinasiya dövlət üçün strateji əhəmiyyət kəsb edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ülvi Mehdiyev: Süni intellekt sahəsində koordinasiya dövlət üçün strateji əhəmiyyət kəsb edir

Qafar Ağayev10:58 - Bu gün
Ülvi Mehdiyev: Süni intellekt sahəsində koordinasiya dövlət üçün strateji əhəmiyyət kəsb edir

“Süni intellekt istiqamətində dövlət qurumları, tədqiqat mərkəzləri, universitetlər və sənaye arasında koordinasiya ən vacib hədəflərdən biridir”.

1news.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev qeyd edib ki, ASAN xidmət Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu gün dövlət idarəçiliyində innovasiyanın nümunəsinə çevrilib.

“Bu gün 30 ölkə ASAN xidmət modelinin tətbiqi ilə maraqlanır. Bu, Azərbaycanın innovasiya sahəsində nüfuzunun göstəricisidir,” – deyə o vurğulayıb.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər