NİİM bu gün Aeroport şossesində baş verən qəza ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM bu gün Aeroport şossesində baş verən qəza ilə bağlı açıqlama yayıb

12:52 - Bu gün
NİİM bu gün Aeroport şossesində baş verən qəza ilə bağlı açıqlama yayıb

Bu gün səhər saatlarında Aeroport şossesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər, həmçinin yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər