Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak üçün Avstriyaya gedib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak üçün Avstriyaya gedib

Qafar Ağayev12:08 - 03 / 12 / 2025
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak üçün Avstriyaya gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə 1news.az-a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
1122

Son xəbərlər

Bütün xəbərlər