Səfirlik: Makkinin səfəri ABŞ-lə Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfirlik: Makkinin səfəri ABŞ-lə Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi

Qafar Ağayev11:59 - Bu gün
Səfirlik: Makkinin səfəri ABŞ-lə Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin Azərbaycana səfəri ilə bağlı yekun paylaşım edib.

1news.az-ın məlumatına görə, qeyd olunub ki, səfər çərçivəsində general-mayor MakKinni müdafiə və fövqəladə hallar nazirliklərində görüşlər keçirib.

Görüşlər zamanı hər iki nazirliyin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib.

Paylaşımda vurğulanıb ki, MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğuladı.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər