Bakı metrosu sabah uzadılmış iş yerimdə çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu sabah uzadılmış iş yerimdə çalışacaq

Qafar Ağayev14:53 - Bu gün
Bakı metrosu sabah uzadılmış iş yerimdə çalışacaq

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər