“Moskva göz yaşlarına inanmır” filminin baş qəhrəmanı vəfat etdi | 1news.az | Xəbərlər
Dünya

“Moskva göz yaşlarına inanmır” filminin baş qəhrəmanı vəfat etdi

16:04 - Bu gün
“Moskva göz yaşlarına inanmır” filminin baş qəhrəmanı vəfat etdi

Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

1news.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vera Alentova aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı Mayakovski Teatrından kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb. Səhər saat 11-də aktrisa təcili reanimasiya şöbəsinə yerləşdirilib. Alentova xəstəxanada ölüb.

Xatırladaq ki, V. Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb. Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər