Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralandı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralandı

Qafar Ağayev10:21 - Bu gün
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralandı

Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gecə saat 03:30 radələrində polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı silahlı toqquşma baş verib, nəticədə 7 polis əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatları üçün təhlükə olmadığı bildirilir.

Məlumata görə, əməliyyata Bursa vilayətindən xüsusi təyinatlı qüvvələr cəlb olunub və toqquşma bir neçə saatdır davam edir. Hadisə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, 5 məktəbdə tədris dayandırılıb, qaz və elektrik enerjisi müvəqqəti kəsilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər