Kirill Budanova Ukrayna Prezidentinin Ofis Aparatına yeni rəhbər vəzifəsi təklif olunub | 1news.az | Xəbərlər
Dünya

Kirill Budanova Ukrayna Prezidentinin Ofis Aparatına yeni rəhbər vəzifəsi təklif olunub

Qafar Ağayev16:55 - Bu gün
Kirill Budanova Ukrayna Prezidentinin Ofis Aparatına yeni rəhbər vəzifəsi təklif olunub

Volodimir Zelenski Kirill Budanova Prezident Ofisinin rəhbəri postunu təklif edib.

1news.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində Kirill Budanovla görüşdüyünü və ona Prezident Ofisi Aparatına rəhbərlik etməyi təklif etdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna hazırda təhlükəsizlik, müdafiə və diplomatik danışıqlara xüsusi diqqət yetirməlidir və Prezident Ofisi məhz bu milli prioritetlərə xidmət etməlidir. O qeyd edib ki, Budanov bu sahələrdə geniş təcrübəyə və nəticə əldə etmək üçün zəruri potensiala malikdir.

Prezident əlavə edib ki, yeni rəhbərə Ukraynanın müdafiəsi və inkişafı üzrə strateji bazanın yenilənməsi və təsdiqə təqdim edilməsi tapşırılıb.

Qeyd edək ki, Kirill Budanov hazırda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər