Xətai rayonunda mənzildə yanğın olub, tüstüdən zəhərlənən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda mənzildə yanğın olub, tüstüdən zəhərlənən var

Qafar Ağayev18:00 - Bu gün
Xətai rayonunda mənzildə yanğın olub, tüstüdən zəhərlənən var

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər