“Qırmızı bülleten”lə axtarılan 40 nəfər Türkiyəyə gətirilib | 1news.az | Xəbərlər
Dünya

“Qırmızı bülleten”lə axtarılan 40 nəfər Türkiyəyə gətirilib

09:50 - Bu gün
“Qırmızı bülleten”lə axtarılan 40 nəfər Türkiyəyə gətirilib

Beynəlxalq axtarışda olan 40 nəfər Türkiyəyə ekstradisiya edilib.

1news.az xəbər verir ki, müxtəlif cinayətlərə görə İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan bu şəxslər bir sıra ölkələrdən Türkiyəyə gətiriliblər.

Bildirilib ki, saxlanılan şəxslər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan ekstradisiya olunublar.

Məlumata görə, onların arasında ağır cinayətlərdə ittiham olunan şəxslər də var və barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdirilir.

Rəsmi qurumlar qeyd ediblər ki, proses davam edir, ölkə daxilində və beynəlxalq səviyyədə cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər