Venesuelaya hücum olub, fövqəladə vəziyyət elan olundu
Venesuelada ölkəyə hücumlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib. Onun sözlərinə görə, Prezident Nikolas Maduro Konstitusiyaya və milli təhlükəsizliklə bağlı qanunlara uyğun olaraq bütün milli müdafiə planlarını aktivləşdirib.
Nazir ABŞ hökumətini Karakasda, eləcə də Miranda, Araqua və La Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı ağır hərbi təcavüzdə ittiham edib və bunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib. O vurğulayıb ki, bu hücum regional və qlobal sülhə təhlükə yaradır və Venesuelanın strateji ehtiyatlarını ələ keçirmək məqsədi daşıyır.
İvan Xil Pinto beynəlxalq ictimaiyyəti, xüsusilə Latın Amerikası və Karib regionu ölkələrini bu təcavüzə qarşı həmrəyliyə çağırıb.









