Maduro və həyat yoldaşı helikopterlə məhkəmə binasına aparılıb | 1news.az | Xəbərlər
Dünya

Maduro və həyat yoldaşı helikopterlə məhkəmə binasına aparılıb

Qafar Ağayev17:02 - 05 / 01 / 2026
Maduro və həyat yoldaşı helikopterlə məhkəmə binasına aparılıb

Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə bilrikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.

1news.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nyu-York küçələrində Maduronun gətirildiyi konvoya zirehli maşınlar və xüsusi qüvvələr müşayiət edirdi.
Əlləri və ayaqları bağlı vəziyyətdə olan Maduronun, zirehli yaşıl həbsxana maşınından endirilərək qara rəngli idman avtomobilinə köçürüldüyü görüldü.

Maduronun avtomobil dəyişdirilməsi zamanı snayperlər və helikopterlər mümkün hücum ehtimalına qarşı hazır vəziyyətdə idi.

Daha sonra Maduro idman avtomobilindən endirilərək helikopterə mindirildi.

Onun həyat yoldaşı Siliya Flores isə ondan əvvəl nəqliyyat helikopterinə mindirilmişdi.

Maduronun qara avtomobildən endiyi anda ayaqlarında zəncir olmadığı, lakin əllərinin qandallı olduğu müşahidə edildi.

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər