Bakı Limanı yük aşırmalar üzrə rekord göstərici əldə edib
AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.
ADY-dən 1news.az-a verilən məlumata görə, 2024-cü illə müqayisədə limanın ADY-yə inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.
"Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir", - məlumatda qeyd olunub.
355











