Ötən ilin dekabr 150 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Ötən ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min 781 nəfər olub.
Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edilib ki, onların 113 min 891 nəfəri yaşa, 14 min 139 nəfəri əlilliyə, 22 min 751 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
171












