Aslan İsmayılov AZAL təyyarəsi işi ilə bağlı: Görəsən, Bastrykinin dostu İlham Rəhimov niyə susur? - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aslan İsmayılov AZAL təyyarəsi işi ilə bağlı: Görəsən, Bastrykinin dostu İlham Rəhimov niyə susur? - FOTO

11:23 - 08 / 01 / 2026
Aslan İsmayılov AZAL təyyarəsi işi ilə bağlı: Görəsən, Bastrykinin dostu İlham Rəhimov niyə susur? - FOTO

"Dünən, 25 dekabr 2024-cü tarixli AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işini bağlayan Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkinin imzası ilə sənəd yayıldı".

1news.az xəbər verir ki, bu barədə Aslan İsmayılov "Facebook" sosial şəbəkə hesabında paylaşım edib:

"Rusiya İK rəhbərinin Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubda qeyd olunur ki, hava şəraiti (buludluluq) səbəbindən iki uğursuz cəhddən sonra ekipaj Qroznı Hava Limanına eniş edə bilməyib, başqa hava limanına yönəlməyə qərar verib və təxminən saat 9:28-də (Moskva vaxtı ilə) Aktau Hava Limanına eniş zamanı yerə çırpılıb. Bu, hava gəmisinin dağılmasına və yanğına səbəb olub. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İstintaq nəticələrinə və əldə edilmiş sübutların məcmusuna əsasən cinayət işinə xitam verilib. Görünən odur ki, Bastrıkin, həyasızcasına Azərbaycan vətəndaşlarının qanını batırmağa imza atıb.

Mənə maraqlıdır, həm Putinlə, həm də Bastrıkinlə qrup yoldaşı olan, yaxın dostluqları ilə daim ağızdolusu danışan, hər yerdə öyünən, öz kitabının Bakı Dövlət Universitetində keçirilən təqdimatında Bastrıkini Abel Məhərrəmov, Rüstəm Usubovla birgə əyləşdirən İlham Rəhimov yaxın dostunun Azərbaycan vətəndaşlarının qanını batırmasına niyə münasibət bildirmir?! Axı, müsahibələrində, xüsusilə Vətən Müharibəsi sonrası aktiv verdiyi müsahibələrində İlham Rəhimov özünü Azərbaycan xalqının fədaisi, onun uğrunda vuruşan biri kimi təqdim edir".

Xatırladaq ki, Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dərc olunub. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur.

Paylaş:
704

Son xəbərlər

Elşad Xose həbs edildi

08 / 01 / 2026, 14:44
Bütün xəbərlər