İranda etiraz aksiyalarında ölənlərin sayı 2600-ü ötüb
İranda keçirilən etiraz aksiyalarında ölənlərin və saxlanılanların sayı artıb.
1news.az xəbər verir ki, “Human Rights Activist News Agency”nin (HRANA) aksiyaların 18-ci gününün yekunlarına dair hesabatına əsasən, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə, həbs edilənlərin sayı isə 18 470-ə çatıb.
Məlumata görə, ölənlər arasında 13 uşaq və 14 aksiyalarda iştirak etməyən mülki şəxs var. Hesabatda həmçinin 153 təhlükəsizlik qüvvəsi əməkdaşının həlak olduğu, 882 ölüm faktı ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.
Qeyd olunur ki, yanvarın 14-də ölkənin 31 vilayətinin 187 şəhərində ümumilikdə 617 etiraz aksiyası keçirilib. Etirazlar dekabrın 28-də milli valyutanın kəskin dəyər itirməsindən sonra başlayıb.










