Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib - VİDEO
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.
ASCO-dan 1news.az-a verilən məlumata görə, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.
2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.
92











