Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

11:13 - Bu gün
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər