Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

11:22 - Bu gün
Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər