Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb - VİDEO

Qafar Ağayev16:39 - Bu gün
Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb - VİDEO

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər