Tikinti işləri ilə bağlı bu küçədə yollar tam bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti işləri ilə bağlı bu küçədə yollar tam bağlanacaq

12:59 - Bu gün
Tikinti işləri ilə bağlı bu küçədə yollar tam bağlanacaq

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı Şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər