Dekabrda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dekabrda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

Qafar Ağayev11:11 - Bu gün
Dekabrda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilir ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər