206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Qafar Ağayev17:54 - Bu gün
206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan 1news.az-a verilən məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər