ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO - VİDEO

Qafar Ağayev10:22 - Bu gün
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO - VİDEO

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens və xanımı Uşa Vens fevralın 11-də Şəhidlər xiyabanı ziyarət ediblər.

1news.az xəbər verir ki, Vitse-prezident Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

***

10:00

ABŞ Vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens Şəhidlər xiyabanını ziyarət ediblər.

1news.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

Vens cütlüyü Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər