ABŞ 21 ölkəyə səfərlə bağlı vətəndaşlarına sərt xəbərdarlıq etdi - SİYAHI
ABŞ Dövlət Departamenti qlobal təhlükəsizlik riskləri, daxili münaqişələr və terror hədələri ilə əlaqədar səyahət xəbərdarlığı siyahısını yeniləyib.
1news.az-ın məlumatına görə, Nazirlik aralarında Rusiya, Ukrayna və bir sıra region ölkələrinin də olduğu 21 dövləti ən yüksək risk qrupu sayılan "4-cü Səviyyə" kateqoriyasına daxil edərək, vətəndaşlarına həmin ölkələrə səyahət etməməyi tövsiyə edib.
4-cü səviyyə nə deməkdir?
ABŞ-ın xəbərdarlıq sistemində bu səviyyə ən kritik həddi bildirir. Bu o deməkdir ki, həmin ölkələrdə təkcə təhlükəsizlik riskləri yoxdur, həm də hər hansı fövqəladə hal zamanı ABŞ hökumətinin öz vətəndaşlarına konsulluq dəstəyi vermək imkanı demək olar ki, yoxdur.
Siyahıya daxil edilən ölkələr:
Yenilənmiş "Səyahət etməyin" siyahısında aşağıdakı ölkələr yer alıb:
-
Avropa: Rusiya, Ukrayna, Belarus;
-
Yaxın Şərq və Asiya: Əfqanıstan, İran, İraq, Livan, Suriya, Yəmən, Şimali Koreya, Myanma;
-
Afrika: Liviya, Somali, Sudan, Cənubi Sudan, Mali, Niger, Burkina-Faso, Mərkəzi Afrika Respublikası;
-
Amerika: Venesuela, Haiti.
Münaqişə zonaları diqqət mərkəzindədir
Siyahının formalaşmasında əsas amillər kimi davam edən müharibələr, terror aktivliyi və vətəndaş qarşıdurmaları göstərilir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə gərginləşən hərbi-siyasi vəziyyət bu ölkələrin siyahıda qalmasının əsas səbəbləridir.











