Tramp: Biz İranda ümumi rejim dəyişikliyinə nail olduq
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı planlaşdırılandan iki həftə irəlidə davam edir.
1news.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News"-a müsahibəsində bildirib.
“Mən deyərdim ki, biz qrafikdən iki həftə irəlidəyik”, – Tramp hərbi əməliyyatın nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib.
Onun sözlərinə görə, İran artıq münaqişəni davam etdirmək üçün kifayət qədər hərbi potensiala malik deyil.
“Onlar sahib olduqları hər şeyi itiriblər. Orada tam xaos hökm sürür”, – prezident qeyd edib.
Tramp əlavə edib ki, ABŞ əməliyyatın məqsədlərinə, o cümlədən İranda hakimiyyət dəyişikliyinə nail olub:
“Biz öz işimizi gördük. Bərpa üçün onlara 10 il lazım olacaq. Tam rejim dəyişikliyi baş verib. Bunlar əvvəllər barələrində heç kimin eşitmədiyi insanlardır və açığı, onlar daha ağıllı çıxdılar. Beləliklə, biz ümumi rejim dəyişikliyinə nail olduq. Bu, mühüm amildir.”












