Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb - RƏSMİ | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb - RƏSMİ

Oksana Orucova12:47 - Bu gün
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb - RƏSMİ

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli türk hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə və ya partlayıcı izinə rast gəlinməyib.

Qeyd edək ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər