Azad olunan ərazilərdə ötən həftə minalardan təmizlənən ərazi açıqlandı
Azad olunan ərazilərdə fevralın 9-dən 15-dək 7 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 130 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 385 hektar ərazi minalardan təmizlənib.
60












