33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib

12:14 - 20 / 02 / 2026
33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn edilib

33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, Z.Əhmədova Xocalı rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Z.Əhmədova 1938-ci il aprelin 1-də Xankəndidə anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüşdü.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər