Yevlaxda keçmiş məhkum 5 kq narkotik vasitə ilə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda keçmiş məhkum 5 kq narkotik vasitə ilə saxlanılıb

10:42 - Bu gün
Yevlaxda keçmiş məhkum 5 kq narkotik vasitə ilə saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər