ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

Qafar Ağayev14:07 - Bu gün
ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edir.

1news.az xəbər verir ki, əlavə səfərlər 7 və 9 mart tarixlərində hər iki istiqamət üzrə həyata keçiriləcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən 10 faiz endirimlə əldə edə bilərlər.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də gündəlik səfərlər davam edir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər