Deputat: Bir çox vaxt qadınlar məqsədli şəkildə aliment almaq üçün boşanırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Bir çox vaxt qadınlar məqsədli şəkildə aliment almaq üçün boşanırlar

Qafar Ağayev15:49 - Bu gün
Deputat: Bir çox vaxt qadınlar məqsədli şəkildə aliment almaq üçün boşanırlar

“Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçan deyil.

1news.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bu, acınacaqlı vəziyyətdir. Ötən ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar".

Deputat deyib ki, Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırd eləmək olmur”, - deputat qeyd edib.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər