Hakan Fidan: Türkiyə müharibənin başlamasını gecikdirdi
Ankara müharibənin qarşısını almaq üçün mübarizə aparıb və yaradıcı həll yolları təklif edib.
1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O qeyd edib ki, müharibənin başlamasını gecikdirdiblər.
"Əslində, proses daha tez başlaya bilərdi, lakin səylərimiz nəticəsində bu, təxirə salındı. Bəlkə də nəticə əldə etmək mümkün idi, amma köhnə üsula qayıtmağı üstün tutdular. Müharibə danışıqların ortasında başladı. İran tərəfi bunu diplomatiyaya xəyanət kimi qiymətləndirir. Bundan sonra baş verəcəklərə ciddi yanaşmaq və hücum edən qüvvələrin niyyətinə diqqət yetirmək lazımdır. Məncə, İsrail və ABŞ İranın gələcəkdə təhdid yarada biləcək güc olaraq qalmasının qarşısını almağa çalışacaqlar”.
Hakan Fidan İranın Türkiyəyə mümkün hücum ehtimalına da münasibət bildirib:
“Türkiyə özünü hər zaman qoruyacaq. Bunun üçün lazım olan iradə və potensiala sahibik”, – deyə XİN rəhbəri vurğulayıb.












