Qətərdən İranın Naxçıvana hava hücumu ilə bağlı REAKSİYA | 1news.az | Xəbərlər
Siyasət

Qətərdən İranın Naxçıvana hava hücumu ilə bağlı REAKSİYA

Qafar Ağayev14:34 - Bu gün
Qətərdən İranın Naxçıvana hava hücumu ilə bağlı REAKSİYA

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə 1news.az Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir.

"Bu düşmənçilik hərəkətləri İranın silsilə məsuliyyətsiz hücumları çərçivəsində təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - sənəddə bildirilib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər