Türkiyə İrana hücumla bağlı bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə İrana hücumla bağlı bəyanat verib

17:19 - Bu gün
Türkiyə İrana hücumla bağlı bəyanat verib

Türkiyə Prezident Administrasiyası ölkənin guya İrana hücumlara dəstək verdiyi və ərazisinin münaqişədə üçüncü tərəflər tərəfindən istifadə oluna biləcəyi barədə iddiaları təkzib edib.

1news.az xəbər verir ki, bu barədə administrasiyanın Kommunikasiyalar İdarəsi məlumat yayıb.

“Bəzi sosial şəbəkələrdə yayılan və Türkiyənin İrana son hücumlara dəstək verdiyini iddia edən məlumatlar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır. Türkiyə iştirakçısı olmadığı hansısa münaqişə və ya müharibədə öz hava məkanı da daxil olmaqla, hava, quru və dəniz elementlərinin əməliyyat məqsədləri üçün və tərəflərin xeyrinə istifadəsinə yol verməyəcək. Bu, ölkəmizin xarici siyasət və təhlükəsizlik prinsiplərinin əsas sütunlarından biridir”, - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, hava və dənizlər də daxil olmaqla, Türkiyənin hava məkanı üzərindəki suveren hüquqları tam və mübahisəsizdir və suveren ərazilərlə bağlı bütün fəaliyyət yalnız Türkiyənin milli təhlükəsizlik orqanlarının qiymətləndirmələrinə uyğun şəkildə həyata keçirilir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər