“Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət olub

Qafar Ağayev12:19 - 17 / 04 / 2026
“Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət olub

VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə 17 mindən çox müraciət daxil olub.

1news.az xəbər ki, bunu Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev brifinqdə deyib.

Onun sözlərinə görə, qeydiyyat müddəti ərzində müsabiqədə iştirak üçün ümumilikdə 17 651 nəfər müraciət edib. Bu göstərici ötən mövsümlə müqayisədə daha yüksəkdir. Belə ki, əvvəlki mövsümdə müraciət edənlərin sayı 16 553 nəfər təşkil etmişdi.
Qeyd olunub ki, artım müsabiqəyə ictimai marağın ildən-ilə yüksəldiyini göstərir.
Qafar Ağayev

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər