Bakının bəzi yollarında WUF13 çərçivəsində xüsusi hərəkət zolaqları yaradılacaq - SİYAHI
Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, World Urban Forum 13(WUF13) çərçivəsində paytaxtın bəzi ərazilərində xüsusi hərəkət zolaqları ayrılacaq.
Qeyd olunub ki, bu zolaqlar aşağıdakı küçə və prospektləri əhatə edəcək:
-
Heydər Əliyev prospekti – Aeroport şosesi
-
Abbasqulu ağa Bakıxanov küçəsi
-
Mehdi Abbasov küçəsi
-
Mikayıl Əliyev küçəsi
-
Yusif Səfərov küçəsi
-
Mikayıl Müşfiq küçəsi
Məlumata görə, xüsusi zolaqlar müvafiq yol nişanları quraşdırıldıqdan sonra qüvvəyə minəcək. Nişanlar quraşdırılana qədər isə bütün nəqliyyat vasitələri həmin zolaqlardan istifadə edə biləcək.
Qeyd: Yazının əsas fotosu suni intellektlə hazırlanıb












