Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

14:45 - Bu gün
Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırna başlanılıb.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər