Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - FOTO

15:17 - Bu gün
Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

1news.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər